Azərbaycanla Ermənistan arasında ötən il Vaşinqtonda paraflanan sülh sazişinin bu ilin sonuna qədər Türkiyədə imzalanması ehtimalı artıb. Ankara da bunda maraqlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistan rəsmiləri Türkiyədə keçirlən müxtəlif konfranslarda iştirak edir, ikili görüşlərdə türkiyəli həmkarlarıyla əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər:
“Ermənistan Baş naziri Nikol Paşinyan da son açıqlamalarının birində iki ölkə arasında hərtərəfli əməkdaşlığa başlamaq üçün münbit şəraitin yetişdiyini deyib. Gündəmdə iki ölkə arasında sərhədin açılması mövzusu da var. Bu məsələ Ankara ilə Bakı arasında koordinasiya edilir. Bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın İstanbulda keçirilən toplantısında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Ermənistana Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil olmağı təklif edib. Alen Simonyan bu təklifdən məmnun qaldığını gizlətməyib. Bu gedişatı nəzərə alaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin Ankara və ya İstanbulda imzalanması hamı üçün faydalı olar”.
- Sabah Bakıya intensiv yağış yağacaq
- Pensiya alanların nəzərinə!
- Sumqayıtda 23 yaşlı oğlan futbol oynayarkən öldü
- Avtoyumadan “Rənc Rover”i qaçırdı, qəza törətdi
- Tanınmış aktyor və həyat yoldaşı bir-birini öldürdü
- ABŞ-da Nərimana “Ləvəngi” təklif etdilər - VİDEO
- Şagirdlər, görün, necə bufetlərdə qidalanır - Foto
- DYP yağışlı hava ilə bağlı yenə müraciət etdi