Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.
BUTA.TV Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi ərazilərdə torpağın bir sotunun qiyməti iki milyon manatadək yüksəlib.
Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirir ki, "premium" zonalarda yerləşən torpaq sahələrinin qiyməti hazırda milyon manatdan başlayır.
Ekspertlər hesab edirlər ki, bu yüksəlişin əsas səbəbi mərkəzdə torpaq resurslarının tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Torpaq sahələri bahalaşma sürətinə görə daşınmaz əmlakın digər növlərini xeyli qabaqlayır.
Paytaxtın mərkəzindən kənarlaşdıqca qiymətlər nisbətən aşağı düşsə də, ümumi tendensiya yüksəlişə doğru davam edir. Hazırda Xəzər, Qaradağ və Pirallahı rayonlarında artım dinamikası digər ərazilərlə müqayisədə hələlik aşağı səviyyədə qalmaqdadır.
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı