Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb.
BUTA.TV ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanovun qardaşı qızıdır.
Bildirilib ki, uzun müddət tənha yaşayan qadın bir həftədən çoxdur mənzildən çıxmırmış. Binadan pis qoxu gəldiyi üçün qonşular polisə müraciət ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və pəncərədən mənzilə daxil olduqda məlum olub ki, 71 yaşlı qadın hamam otağında vəfat edib.
L.Şeyxzamanovanın 10 günə yaxındır işə getmədiyini görən həmkarları 23 saylı Mənzil İstismar Sahəsi ilə əlaqə saxlayıblar. Çağırış əsasında FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində qadının meyiti mənzildən çıxarılıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, ölüm səbəbi müəyyənləşdirilir.
- Hava xəbərdarlığı: Aprelin 21-dək...
- Bu yolda təmir ciddi tıxaca səbəb oldu - Video
- Əli Əsədovun biznes və tikinti imperiyası...
- İki qurumdan ər və arvadın ölümü ilə bağlı birgə açıqlama
- Sabahdan külək güclənəcək - Xəbərdarlıq
- Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı
- Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir - Foto
- Arvadını qətlə yetirdi, evi partlatdı, özü də öldü