Beynəlxalq axtarışa verilən məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib.
Bu barədə BUTA.TV-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Sevinc Əlisəfa qızı Hüseynovanın ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bakı şəhərinin Suraxanı rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə məktəb direktoru vəzifəsində işləyən Sevinc Əlisəfa qızı Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən Sevinc Hüseynovanın qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla, təkrar törədilməklə dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyənin ərazisində saxlanılıb.
Sevinc Hüseynovanın Azərbaycana gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
- İstehlak bazarında qiymət artımı var - Deputat
- Ermənistan 5 postu Azərbaycana təhvil verdi - Xəritə
- ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək
- Daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
- “Teleradio”ya yeni rəhbər təyin edildi
- Bakıda tuneldə asfalt örtüyü çökdü - Video
- Azərbaycanda süni intellektlə ilk tarixi film hazırlandı - Video
- Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq