Binada partlayş: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb öldü

15:36 - 14 Aprel 2026 - GÜNDƏM

 Binada partlayş: Kondisioner ustası 15-ci mərtəbədən yıxılıb öldü

Bakının Nəsimi rayonu ərazisində bədbəxt hadisə baş verib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 14-də rayonun 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.

Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.

Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.

Bu xəbər hal-hazırda çox oxunur
Qubada qarın hündürlüyü 3 metrə çatdı - Video

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol