Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!

10:56 - 13 Aprel 2026 - SİYASƏT

 Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını mühasirəyə almaq qərarından sonra (təbii ki, hərdəmxəyal prezident bu qərarından tez bir zamanda vaz keçməsə) Yaxın Şərqdə yeni geosiyasi paradiqmalar ortaya çıxır. Əsas paradiqma isə Hörmüz keçidinə alternativ marşrutların yaradılmasıdır.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“Fikrimcə, ABŞ və İsrail cütlüyü IMEC projesini həyata keçirməyə başlayacaq. İMEC projesinin anlamı belədir: Hindistandan Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Yunanıstanı keçərək Avropaya açılmaq. Hörmüz boğazının bağlanması ilə Körfəz ölkələrinin iqtisadi maraqları da onları bu projeyə qoşulmağa vadar edir. Bu isə Trampın ilk hakimiyyəti dövründən indiyə qədər həyata keçirmək istədiyi “İbrahim anlaşmaları” layihəsinə tam cavab verir: zəngin ərəb dövlətlərini İsrail ətrafında birləşdirərək, onları “ortaq düşmənlər”ə qarşı hərəkətə keçirmək”, - o bildirib.

Politoloq hesab edir ki, ABŞ/İsrail cütlüyünün bu planını pozmaq Türkiyənin əlindədir:

Bu xəbər hal-hazırda çox oxunur
Tovuzda ev yandı

“Söhbət həmasət duyğuları ilə İsraili, ABŞ-ı asıb kəsməkdən getmir. Söhbət incə düşünülmüş strateji yol xəritəsindən – 4 dəniz projesindən gedir.

Bu layihəyə görə, Ərəbistan dənizi və Fars körfəzi ölkələri öz neftini və qazını Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən Türkiyəyə keçirib ordan Avropaya nəql etməlidir. 2009-ci ildə Türkiyə tərəfindən Suriya diktatoru Bəşər Əsədə təklif olunan bu proje İran və Rusiyanın müdaxiləsi ilə durduruldu, ardınca da Suriyada 13 il davam edən vətəndaş müharibəsi başladı. Şükür Allaha, Türkiyə öz strateji ağlı ilə İran və Rusiyanı Suriyadan qovaraq bu əngəli aşdı. Hazırda sözügedən projeni reallaşdırmaq üçün qarşıda elə bir ciddi problem qalmayıb. Sadəcə, Türkiyənin içərisində olan daxili müxaliflərdən başqa. Türkiyə təkcə özünün deyil, bütün regionun mənafeyi naminə bu projenin reallaşması üçün aktiv fəaliyyətə başlamalı və ərəb dünyasının yüyənini öz əlinə almalıdır. Əks halda ərəb ölkələri-İsrail ittifaqının qurulmasının qarşısını almaq mümkün olmayacaq və Yaxın Şərq kiçik hissələrə bölünəcək.

Qeyd edim ki, Türkiyə bu layihəni reallaşdıra bilsə, Hörmüz boğazında mühasirəyə düşən İran da öz enerji məhsullarını Türkiyə üzərindən Avropaya nəql etmək imkanı qazanacaq. Yəni bu projenin reallaşması uzaq perspektivdə İranın özü üçün də faydalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol