Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

19:20 - 13 Aprel 2026 - GÜNDƏM

 Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan BUTA.TV-a bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.

Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.

Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.

Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.

Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının (TDA) təsirilə yenə də normadan yüksək olacaq. Geomaqnit sahəsinin sürəti müsbət qütblü TDA-nın təsirilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol