Bu əraziyə bir metrdən çox qar yağdı

12:08 - 14 Aprel 2026 - GÜNDƏM

 Bu əraziyə bir metrdən çox qar yağdı

Aprelin 14-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Qar örtüyünün hündürlüyü Şahdağda 101, Zaqatalada (Əlibəy) 36, Qaxda (Sarıbaş) 34, Xaltan və Qrızda 18, Xınalıqda 12, Şahbuz və Qusarda (Laza) 6, Kəlbəcərdə 2, Lerik, Laçın və Şuşada 1 sm-dir.

Bu xəbər hal-hazırda çox oxunur
Bu binalar söküləcək - Qərar verildi

Düşən yağıntının miqdarı Qəbələdə 32, Oğuzda 28, Sabirabadda 23, Şəkidə 22, İsmayıllıda (İvanovka) 18, Ağsu və Balakəndə 16, Şamaxı və Biləsuvarda 13, Neftçala və Lerikdə 11, Şirvan, Qobustan, Xızı və Göyçayda 10, İmişlidə 9, Gədəbəy və Culfada 8, Ordubad, Quba və Astarada 7, Ağdam, Mingəçevirdə 6, Lənkəran, Yardımlıda 5, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Beyləqan, Daşkəsən və Naxçıvanda 4, Göygöl, Goranboy, Kürdəmir və Zərdabda 3, Şərur, Sədərək, Tərtər, Bərdə, Yevlax və Xaçmazda 2, Gəncə, Naftalan, Şabran, Cəbrayıl, Qubadlı, Xankəndi, Xocalı və Füzulidə 1 mm-dək qeydə alınır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol