Baş nazirdən mühüm qərar...

19:22 - 14 Aprel 2026 - GÜNDƏM

 Baş nazirdən mühüm qərar...

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

BUTA.TV xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Bu xəbər hal-hazırda çox oxunur
Xankəndi Tibb Mərkəzinin rəhbəri dəyişdirildi

1. “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiq edilsin (əlavə olunur).

3. Bu Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol