Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir

22:22 - 15 Aprel 2026 - GÜNDƏM

 Ölkədə uşaqlara bu adların qoyulması qadağan edilir

Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının qoyulması qadağan edilir.

BUTA.TV xəbər verir ki, hazırda Terminologiya Komissiyası nəzdində Şəxs Adları Komissiyasında və digər dövlət qurumlarında məsələyə baxılır.

Buna səbəb həmin sözlərin keçmişdə bəzi şəxslərin daşıdığı titulu ifadə etməsidir.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru, Şəxs Adları Komissiyasının sədri, professor Nadir Məmmədli Yeni Sabah-a açıqlamasında məlumatı təsdiqləyib.

O deyib ki, bundan sonra şah, bəy və xan sözləri yalnız adlara bitişik yazıldığı halda istifadəsi mümkün olacaq:

“Şah, xan və bəy sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər. Bizdə Xan tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin xan deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, Nadir bəy Məmmədli. Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol