Tanınmış professor işdən çıxdı - Foto

10:10 - 15 Aprel 2026 - GÜNDƏM

 Tanınmış professor işdən çıxdı - Foto

Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışan Hikmət İbrahimli vəzifəsindən ayrılıb.

BUTA.TV İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışıb.

O, COVID-19 pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə tibbi qərargahın üzvü olub.

Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə "professor" elmi adına layiq görülüb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrıldıqdan sonra o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol