AAYDA-ya məxsus bu qurum ləğv olundu

13:40 - 17 Aprel 2026 - GÜNDƏM

 AAYDA-ya məxsus bu qurum ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, ev 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Qeyd edək ki, sözügedən qurum 2005-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ələddin Əli oğlu Hacıyev olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.

Bu xəbər hal-hazırda çox oxunur
SXA-da dörd nəfərə yüksək vəzifə verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol