Sumqayıt şəhəri ərazisində olan mədəniyyət və istirahət parkında qanunsuz şəkildə quraşdırılmış konstruksiya sökülür.
BUTA.TV Report-a istinadla xəbər verir ki, söküntü işləri Sumqayıt şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişiliyi tərəfindən həyata keçirilir.
Məlumata görə, artıq ərazidə müvafiq texnika və canlı qüvvə cəlb olunaraq qanunsuz tikilinin mərhələli şəkildə demontajı aparılır.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində qanunsuz tikililərlə mübarizə tədbirləri mütəmadi xarakter daşıyır və bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirilir.
- Bakıdan Tiflisə gedəcək qatarın - Fotosu
- Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq - Ekspert
- Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı
- İllərdir yolu gözlənilən qatarın - Fotoları
- Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək
- Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı
- Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq
- Bakı əhalisinin sayı açıqlandı