Qaradağ rayonu ərazisində yerləşən stasionar postda VAZ markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunduğundan o, tibbi müayinədən keçməyə dəvət edilib.
C.Novruzov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışsa da, istəyinə nail olmayıb.
Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən C.Novruzov inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
- İmtahanda bu 3 nəfər maksimum bal topladı
- Həcc ziyarətinə getmək istəyən azərbaycanlıların diqqətinə!
- Məsuliyyətdən yayınmağa çalışdı: Postda tutuldu
- Bakıda mühüm tibbi konqres keçirildi - Foto
- Komitənin elektron sənəd dövriyyəsi myGov-a inteqrasiya olundu
- 11 illik buraxılış imtahanının nəticələri elan olundu
- Zaur Mikayılov Xankəndidə vətəndaşlarla görüşdü
- Əli Əsədov vəzifəsindən azad edilir - Səbəb