Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə aparılan təxirəsalınmaz təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BUTA.TV-a bildirilib ki, gündəlik həyata minimum maneə yaratmaq üçün işlər əsasən istirahət günlərində həyata keçirilib. Layihələrin vaxtında başa çatdırılması məqsədilə həftəsonları 24 saat fasiləsiz iş rejimi təşkil olunub.
Qeyd olunub ki, təmir prosesi zamanı nəqliyyatın hərəkətinə minimum təsirin göstərilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Görülən işlər nəticəsində paytaxtın 4 ərazisində təmir-bərpa işləri uğurla yekunlaşdırılıb. Bunlar aşağıdakılardır:
R.Behbudov küçəsi (Ş. Bədəlbəyli küçəsindən A. A. Bakıxanov küçəsinə qədər olan hissə);
Z.Bünyadov prospekti (M. Nərimanov küçəsindən X. R. Ulutürk küçəsinə qədər);
A.M.Şərifzadə küçəsi (Ə.Əhmədov küçəsindən A.Abbasov küçəsinə qədər olan hissə);
Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən yol.
Agentlikdən vurğulanıb ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər mərhələli şəkildə davam etdiriləcək.
AAYDA vətəndaşların rahat hərəkətini təmin etmək üçün fəaliyyətini fasiləsiz davam etdirir.
- Bakıda bu küçə və prospektlər təmir edildi
- Azərbaycanda bu ixtisas qrupu ləğv olunur?
- Yağıntılı havalar nə vaxta kimi davam edəcək? - Rəsmi
- ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olundu
- FHN-çilər yarışlarda yüksək nəticələr göstərdilər
- Sabah Sumqayıtda su kəsiləcək
- Metroda informasiya sistemi kəsildi: nə baş verir? - Video
- Yeni mexanizm yaradılır: Borcu olanların diqqətinə...