Gülsüm Əliyeva adlı şəxsin həkim olmadan tibbi prosedurlar həyata keçirdiyi iddia olunur.
BUTA.TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə jurnalist Qənirə Ataş paylaşım edib.
Belə ki, paylaşılan videoda onun klinik şəraitdə, tibbi formada və əlcəkdə müxtəlif müdaxilələr etdiyi görünür.
İddialara görə, həmin şəxsin tibbi təhsili yoxdur və o, əvvəllər Respublika Xəstəxanasında baş həkimin katibəsi kimi çalışıb.
Bildirilib ki, katibəlikdən sonra o, özünü “cərrahiyəyə transfer etdiyini” iddia edir.
Məsələ ilə bağlı mediada ciddi narahatlıq yaranıb. Paylaşılan görüntülər açıq şəkildə tibbi müdaxiləni xatırladan prosesləri əks etdirdiyindən istifadəçilər bu fəaliyyətin qanuniliyinə dair suallar səsləndirir.
Bildirilir ki, şəxsin tibbi təhsili, sertifikasiyası və bu cür prosedurları aparmaq üçün icazəsinin olub-olmaması aydınlaşdırılmalıdır.
Qeyd olunub ki, əgər fəaliyyət qanunidirsə, bu barədə ictimaiyyətə rəsmi məlumat təqdim edilməlidir.
- Gecə işləyənlərin maaşı belə hesablanır - Əlavə haqq almalısınız
- 15 nəfərin öldüyü təyyarə qəzasının - Anbaan görüntüləri
- Bakıdan Tiflisə gedəcək qatarın - Fotosu
- Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq - Ekspert
- Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı
- İllərdir yolu gözlənilən qatarın - Fotoları
- Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək
- Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı