Ağcabədidə ağır qəza: ölən var

09:50 - 21 Aprel 2026 - GÜNDƏM

 Ağcabədidə ağır qəza: ölən var

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV Oxu.az-a istiandla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

1999-cu il təvəllüdlü Elçin Fazil oğlu Qasımovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə 1993-cü il təvəllüdlü Gündüz İsmixan oğlu Süleymanovun idarə etdiyi VAZ-2107 markalı maşın toqquşub.

Nəticədə VAZ-2107-nin sürücüsü Gündüz Süleymanov aldığı xəsarətlərdən hadisə yerində ölüb, VAZ-2107-nin sərnişinləri, 2006-cı il təvəllüdlü A.Səlimova və 1973-cü il təvəllüdlü Yalçın Yadulla oğlu Əhmədov xəsarətlərlə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda 100 min bina söküləcək? - Rəsmi

Faktla bağlı cinayət işi başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol