Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
- Bakıdan Tiflisə gedəcək qatarın - Fotosu
- Bakı-Tiflis qatarında bilet bu qiymətə olacaq - Ekspert
- Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırdı
- İllərdir yolu gözlənilən qatarın - Fotoları
- Bakıdan Tiflisə qatarlar bu saatda yola düşəcək
- Tbilisiyə qatarla getmək istəyənlərin nəzərinə! - Qrafiklər açıqlandı
- Bu məhsulların qiyməti kəskin ucuzlaşacaq
- Bakı əhalisinin sayı açıqlandı