“Xaliq Faiqoğlu” şirkətinə məxsus bəzi avtobuslarda qapı hissəsində quraşdırılan texniki cihaz sosial şəbəkələrdə və sərnişinlər arasında maraq doğurub. Cihazın kamera, yoxsa sərnişin sayğacı olması ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, sözügedən cihaz kamera deyil.
“Bu cihaz adi fənərdir. Gecə vaxtı qapılar açılan zaman sərnişinlərin rahat düşüb-minməsi üçün quraşdırılıb. Kamera funksiyası yoxdur.
Ön qapıda bəzi avtobuslarda sərnişin sayan ayrıca cihaz planlaşdırılmışdı, amma hazırda tətbiq edilmir. Ümumilikdə isə böyük tutumlu avtobuslarda salon daxilində 6 ədəd kamera olur”, - o qeyd edib.
Şirkət rəsmisi əlavə edib ki, sərnişin sayğaclarının tətbiqi ilə bağlı gələcəkdə yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.
- XTQ döyüşçüsü qəzada öldü
- Bu əraziyə qar yağdı
- Bu gün Beynəlxalq Novruz günüdür
- Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - Video
- Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi
- Xankəndidə atəşfəşanlıq keçirildi
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi