Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO

01:16 - 24 Fevral 2026 - HADİSƏ

 Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO

Fevralın 23-də Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus obyektlərdən birinin sökülməsi davam etdirilib. Əraziyə gətirilən ağır texnika ilə obyekt yerlə bir edilib.

BUTA.TV xəbər verir ki, Musavat.com-a göndərilən bir neçə saniyəlik videoda obyektin dağıdılması görünür.

Obyekt ilkin olaraq fevralın 2-də bir neçə yerdən dağıdılmış, Hacı Qalib Salahzadəyə tam sökülməsi təklif olunmuşdu.

Hacı Qalib Salahzadənin sözlərinə görə, söküntü Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Bu, Hacı Qalib Salahzadənin Bilgəhdəki obyektləri ilə bağlı ilk insident deyil.

Xatırladaq ki, 2024-cü ilin may ayında da Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən və Salahzadəyə məxsus olduğu deyilən bağ torpaq sahəsindəki tikililəri sökmüş, ərazinin giriş qapısını daşla hörmüşdülər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev o zamankı açıqlamasında demişdi ki, söküntü zəbt edilmiş dövlət torpağının qanunsuz tikililərdən təmizlənməsi məqsədilə aparılıb. Adil Vəliyevin sözlərinə görə, sözügedən ərazi çimərlik zonasıdır və heç vaxt bələdiyyə torpağı olmayıb, Salahzadə Bilgəhdə onlarla hektar ərazini müxtəlif üsullarla zəbt edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol