Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi

16:44 - 23 Fevral 2026 - GÜNDƏM

 Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi

Naxçıvan Muxtar Respublikasında (MR) 2015-2020-ci illərdə imzalanmış 10 fərman qüvvədən salınıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bununla əlaqədar yeni fərman imzalayıb.

Fərmanda muxtar respublikada müxtəlif illərdə qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar və onların ayrı-ayrı hissələri ləğv olunması öz əksini tapıb.

Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı 2015–2018-ci illəri əhatə edən fərmanların bəzi hissələri ləğv olunub.

Bu xəbər hal-hazırda çox oxunur
İranlı nazir Bakıya gəldi

Eyni zamanda, 2015–2020-ci illərdə müxtəlif qurumların yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı imzalanmış 10 fərman tam şəkildə qüvvədən salınıb.

Ləğv edilən sənədlər sırasında muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Nəqliyyat Xidməti, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, eləcə də "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə" ilə bağlı fərmanlar da yer alır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol