“Olimar” şirkəti ilə Adnan Əhmədzadənin digər biznes müəssisələri arasında əlaqənin olması və Rusiya xam neftinin daşınmasının həyata keçirilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil.
BUTA.TV xəbər verir ki, bunu Haqqın.az-a müsahibəsində “Olimar” şirkətinin baş direktoru Yusif Məmmədov deyib.
O, sözügedən iddiaların yalan olduğunu və heç bir fakta əsaslanmadığını bildirib:
“Biz Rusiya neftinin ixracı ilə məşğul olmamışıq. Bu iddialar heç bir səlahiyyətli qurumun məlumatı və fakta əsaslanmayan müəyyən nəşrlər tərəfindən yayılır. Biz etibarsız nəşrlərin yaydığı məlumatlar fonunda şüurlu şəkildə ictimai müzakirələrdən çəkinirik və işgüzar nüfuzumuzu qanuni çərçivədə qorumaq hüququmuzu özümüzdə saxlayırıq”.
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı