“Kristal" Yasamal rayonu, Xarici Dairəvi yolun kənarında yerləşən tikili ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.
BUTA.TV "Kristal" tərəfindən yayılan açıqlamanı təqdim edir:
"Sözügedən tikili ilə bağlı məsələ məhkəmə qaydasında araşdırılmış və Bakı Apellyasiya Məhkəməsinin 30.09.2025-ci il tarixli, 2(103)-443/2025 saylı qərarı ilə 53 kv.m sahəsi olan özbaşına tikilinin 34.500 manat kompensasiya ödənilməklə boşaldılaraq sökülməsi qərara alınmışdır.
Qərar qanuni qüvvəyə mindikdən sonra icra sənədi 26 yanvar 2026-cı il tarixində verilmiş və Yasamal Rayon İcra Şöbəsi tərəfindən icraata yönəldilmişdir. Borcluya məhkəmə qərarının könüllü icrası üçün vaxt verilmiş, rəsmi qaydada bildiriş təqdim edilmişdir.
Lakin müəyyən edilmiş müddət ərzində tikili könüllü şəkildə boşaldılmadığı üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra tədbirləri həyata keçirilmişdir. İcra prosesi dövlət icra məmurunun rəhbərliyi ilə, polis əməkdaşlarının, təcili tibbi yardım briqadasının və digər aidiyyəti qurumların iştirakı təmin edilməklə həyata keçirilmişdir. Bu, prosesin tam şəffaf və təhlükəsizlik qaydalarına uyğun icra olunması məqsədi daşıyırdı
Söküntü tam qanuni əsaslarla həyata keçirilmişdir. Bildiriş verilmədiyi və icazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir".
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı