Fövqəladə Hallar Nazirliyi səhər saatlarında paytaxtın Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada baş verən partlayış hadisəsi ilə bağlı yeni məlumat yayıb.
Qurumdan BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 18 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 38 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb.
Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
- Bakıda 53 yaşlı kişi qətlə yetirildi
- Gəncədə qanunsuz tikili söküldü - Video
- Hərbi xidmətlə bağlı dəyişiklik...
- Balakənin sabiq başçısının həbs müddəti uzadıldı
- Peyvənd vurulan körpə öldü
- Bakıda məşhur klinika 20 min manat cərimələndi - Səbəb
- Ötən həftə 593 yanğın oldu, 37 nəfər xilas edildi
- Bu şəxslərə əlavə kompensasiyalar ödəniləcək