Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 19 fevral 2026-cı il tarixində Vaşinqton şəhərində baş vermiş insidentlə bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanatda fevralın 19-da bir qrup etirazçının Vaşinqtondakı "Waldorf Astoria" otelinin qarşısında təxribat xarakterli hərəkətlər etdiyi bildirilib.
Hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı çərçivəsində baş verib.
Məlumata görə, Prezidentin korteji otelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin nəqliyyat vasitəsinə qarşı təhqiramiz hərəkətlər ediblər. Həmçinin Azərbaycanın rəhbərliyinə qarşı nalayiq ifadələr səsləndirilib.
Səfirliyin açıqlamasında qeyd olunur ki, Prezidentin Mühafizə Xidməti qorunan nəqliyyat vasitəsinə fiziki müdaxilə və ya hərəkətin qarşısının alınması cəhdlərini ciddi təhlükəsizlik riski kimi qiymətləndirərək dərhal müdaxilə edib. Görülən tədbirlərin yalnız təhlükəsizliyin təmin edilməsinə yönəldiyi vurğulanır.
Bəyanatda həmçinin ABŞ Məxfi Xidmətinin ictimai açıqlamasına istinad edilərək otel ərazisinin rəsmi təhlükəsizlik perimetrinə daxil edildiyi bildirilib.
Səfirlik təhlükəsizlik tədbirlərinin təhrif olunması və əsassız iddiaların yayılması cəhdlərini qəti şəkildə rədd etdiyini bəyan edib. Qeyd olunub ki, Azərbaycan təhlükəsizlik əməkdaşları hər zaman ev sahibi ölkə ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər.
Sonda məsuliyyətli məlumatlandırmaya çağırış edilərək, təsdiqlənməmiş iddialar əsasında nəticələr çıxarılmamasının vacibliyi vurğulanıb.
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi