Azərbaycanla Keniya, Qambiya, Laos və Maldiv arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fevralın 19-da keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə qərarı layihəsində öz əksini tapıb.
Qərar layihəsinə əsasən, iş qruplarının sədrləri aşağıdakı deputatlar olacaq:
Azərbaycan - Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Ramid Zakir oğlu Namazov;
Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Eyvaz Daşdəmir oğlu Qurbanov;
Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Gülşən Məmmədəli qızı Paşayeva;
Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Azər Kərim oğlu Allahverənov;
Azərbaycan - Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Vasif Vaqif oğlu Qafarov.
- Bakı-Sumqayıt koridorunda görüləcək işlər - Video
- BƏƏ onu Azərbaycana ekstradisiya etdi
- Nazir onu idarə rəisi təyin etdi
- Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi yaradılır - Fərman
- FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirdi
- AZCON-un Müşahidə Şurasına yeni üzvlər təyin edildi
- Onlar çox çalışsalar da, az pensiya alacaqlar - Açıqlama
- Mərkəzi Nəbatat və Dendrologiya Bağı MMC yaradılır