Bakıda yeni marşrut xətti işə düşdü

11:24 - 22 Fevral 2026 - GÜNDƏM

 Bakıda yeni marşrut xətti işə düşdü

Bakıda yeni marşrut xətti işə düşüb.

Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol