Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib.
BUTA.TV Qaynarinfo-ya istinadla xəbər verir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə bu vəzifə Elçin Akif oğlu Əliyevə həvalə olunub.
Qeyd edək ki, o, bir neçə ildir sözügedən xəstəxananın baş həkimi vəzifəsində çalışır. Elçin Əliyev ölüm təhdidi ilə gündəmə gəlmişdi. Belə ki, 1987-ci il təvəllüdlü Elçin Babayev onu 16 min manat pul ödəmədiyi halda öldürməklə hədələmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov işdən çıxarılıb.
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı