Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. Bildirilir ki, Tarif Şurasının qəbul edəcəyi yeni qərara əsasən, su təminatının da qaz kimi limitlə olacağı gözlənilir. İddialara görə, yeni təklifdə 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manat tarif müəyyənləşdirilməsi nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu Globalinfo.az-a açıqlamasında iddiaların əsassız olduğunu bildirib.
“Bu məsələ ilə bağlı hər hansı məlumat, yaxud qərar mövcud deyil”, - o əlavə edib.
Qeyd edək ki, ADSEA-nın bundan əvvəl yaydığı açıqlamaya görə, qurum suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət etməyib. Bildirilib ki, sadəcə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq ADSEA-nın tabeli qurumaları arasında müzakirələr aparılır.
- Naxçıvanda imzalanmış 10 fərman ləğv edildi
- Bakıda qəzalı su xətləri yeniləndi - Video
- "Rüzgar"ın anası oğlunun qatilini bağışladı
- Metroda şüşə arakəsmələrin quraşdırılması... – Rəsmi
- Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
- TƏBİB: Körpənin peyvənddən sonra ölümü...
- DİN yanında İctimai Şuranın yeni tərkibi... - Adlar
- İcbari Tibbi Sığorta Agentliyinin sədri vəzifədən azad edildi