Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Etibar Ağamalıyev vəzifəsindən azad edilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, onun yerinə Zibeydə Bayramova qurumun direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z.Bayramova bundan öncə Nazirlikdə Təlim və İnkişaf departamentinin rəhbəri olub. O, eyni zamanda 2021-2022-ci illərdə ASAN İnnovativ İnkişaf Mərkəzinə rəhbərlik edib.
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı