Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırılıb.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihədə əksini tapıb.
Parlamentin “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərarına təklif edilən dəyişikliyə əsasən, aşağıdakı parlamentlərarası İşçi qruplarının formalaşdırılması təklif edilib:
Azərbaycan - Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;
Azərbaycan - Qambiya parlamentlərarası İşçi Qrupu – Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan - Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan - Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;
Bununla bərabər, Azərbaycan - Nepal parlamentlərarası İşçi Qrupunun sədri dəyişir, Ramil Həsəni Vasif Qafarov əvəzləyir.
Məsələ səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı