Sabiq deputat Türkiyədə vəfat etdi - Foto

09:18 - 24 Fevral 2026 - GÜNDƏM

 Sabiq deputat Türkiyədə vəfat etdi - Foto

Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.

BUTA.TV Editor.az-a istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ağır ürək əməliyyatına daxil olub.

Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub. Bitərəf deputat olan Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

Bu xəbər hal-hazırda çox oxunur
Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.

Ailəli idi, 3 övladı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol