Hələlik ABŞ Prezidenti Donald Trampın Rusiyada Vladimir Putini devirmək istədiyi hiss olunmasa da, amerikalıların Venesuelada həyata keçirdiyi ildırımsürətli əməliyyat Rusiya siyasi rəhbərliyini dərindən sarsıdıb.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı jurnalist Konstantin Eggert bildirib.
“Moskva Venesuela ilə bağlı vəziyyətdə açıq şəkildə aciz qaldı və Nikolas Maduronun qaçırılmasının qarşısını ala bilmədi. Buna görə də Kremlin amerikalılara onların “arxa həyətində” birbaşa qarşı duracağına ciddi şəkildə ümid edən yox idi.
Lakin Rusiya liderini əsl qorxuya salan Maduronun qaçırılmasından sonra baş verənlər oldu. Amerikalıların vaxtilə İraqda etdikləri kimi, Venesuelada da bütün hakim rejimi tamamilə süpürüb atmaq əvəzinə, bu dəfə Vaşinqton başqa strategiya seçdi. Ağ Ev devrilmiş prezidentin müavininin ölkəni idarə etməsinə, bütün köhnə dövlət aparatını saxlamasına razılıq verdi — bir şərtlə ki, bundan sonra Venesuela hökuməti ABŞ-la əməkdaşlıq etsin. Tramp Putinin ən dəhşətli kabusunu oyatdı”, - K.Eggert qeyd edib.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq