General Manukyan: Azərbaycana qarşı vuruşmuş Səfilyan...

13:40 - 13 Mart 2025 - GÜNDƏM

 General Manukyan: Azərbaycana qarşı vuruşmuş Səfilyan...

Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət etmiş David Manukyan Qarabağda Azərbaycan dövlətinə qarşı vuruşmuş “Şuşi” xüsusi hərbi batalyonunun komandirinin Jirayr Səfilyan olduğunu etiraf edib.

BUTA.TV xəbər verir ki, D.Manukyan suallara cavabında J.Səfilyanın Livanın paytaxtı Beyrut şəhərində doğulduğu barədə məlumatsız olduğunu bildirib.

“O, "Qərbi Ermənistan”dan gəlmişdi, amma Ermənistan vətəndaşı idi”, - Manukyan əlavə edib.

O, Qarabağda Azərbaycana qarşı vuruşmuş “Daşnak” adlandırılan taborun dəstələrdən ibarət olduğunu bildirib:

Bu xəbər hal-hazırda çox oxunur
Tarkan Bakıya gəlir: Fantastik qazanc

“Dəstələrdə Qarabağdan olanlar və Ermənistan vətəndaşları var idi”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol