Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin keçmiş köməkçisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müşaviri olan Vladimir Poqasyan uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan politoloq Ramiz Yunusu ölümlə hədələyib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
Poqasyanı hiddətləndirən isə Ramiz Yunusun “şadam ki, Zori Balayan ölməyib və Bakıda keçirilən məhkəməni görüb, sonra gəbərsin” sözləri olub.
Bu sözlərə etiraz edən Poqasyan Ramiz Yunusa ehtiyatlı davranmağı tövsiyə edib. Hətta Ramiz kimi danışan birinin partladılmasını yazmaqdan çəkinməyib. Lakin söhbətin kimdən getdiyini qeyd etməyib:
“Bu çaqqala cavab verəcəm. Özün gəbərəcəksən. Sənin kimi birisi var idi, burda - nə bilim nə etmək istəyirdi - artıq partladıllb. Sizi dünyanın hər yerində taparıq. Ayaqlarınızın, çarpayının, maşının altına diqqətlə baxın. Vaxt gələcək ki, siz çaqqalları məhkəmə yox, bizim əsgərimiz yerindəcə mühakimə edəcək”.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO
- Pirşağı və Ləhic bağlarında işıq olmayacaq