Son zamanlarda çox sayda türklər və ərəblər Türkiyə ilə sərhəddə yerləşən Marqara kəndində yarım milyon dollar ödəyib torpaq və ev alırlar.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Milli Heykəltəraşlıq Muzeyinin təsisçi direktoru Artur Gevorqyan deyib.
Onun sözlərinə görə, həmin şəxslər əmlak alışını diaspor erməniləri vasitəsi ilə həyata keçirirlər:
“Bu, ilk dəfə deyil, artıq bir neçə ildir ki, eyni hal müşahidə olunur. Ərəblər oradakı evlərin qarşılığında istənilən məbləği ödəməyə hazırdırlar, Türkiyə ilə sərhəddən mülk alırlar. Bölgədə yaşayan insanlar da evlərini, torpaqlarını satıb gedirlər.
Lakin ən çox alış-verişi Avropada yaşayan türklər 2012-ci ildən bəri edirlər. Alınan bu mənzillərin çoxu lüks evlər, villalardır. Ermənistanda bir çox əcnəbi millətlərin nümayəndələri ev alırlar, amma aralarında türklərin olması diqqət çəkir. Bir müddət əvvəl Şirak vilayətində də əmlak alan türklər vardı. Maraqlıdır ki, aidiyyəti qurumlar bunu təkzib etmirlər”.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - Foto
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO