Türkiyənin Qars şəhərində keçirilən "Qış təlimi- 2025" beynəlxalq hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə, Bosniya-Hersoqovina və Gürcüstan hərbçiləri birlikdə hərbi tapşırıqlar icra ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, adıçəkilən ölkələrdən olan xüsusi təyinatlılardan ibarət iki komanda “Birbaşa Missiya Əməliyyatı” missiyasını uğurla başa çatdırıblar. Təlimlərin uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Təlimdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Kosova, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.
Təlimlər yanvarın 16-da başlayıb.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - Foto
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO