Nikol Paşinyanın ötən gün keçirdiyi və 4 saat davam edən mətbuat konfransının əsas hədəfi ictimaiyyəti Zəngəzur dəhlizinin mümkün güzəştinə hazırlamaq cəhdi ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Hraparak” nəşri “təhlilçilərə istinadla” məqalə yayıb.
Məqalədə “Azadlıq” radiosunun ABŞ Dövlət Departamentinin 1990-cı illərdə Ermənistanla Azərbaycan arasında ərazilərin mübadiləsi ideyasını müzakirə edən məxfilikdən çıxarılmış sənədləri xatırladılıb. Belə ki, bu məsələ Robert Köçəryanla Heydər Əliyev arasında keçirilən görüşlərdə qaldırılıb:
“Bu sənədləri şərh edən Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə debatların mənasız olduğunu bildirib: “Bu diplomatik sənədlərin dərci məsələni bağladı. İndi hətta deyə bilərəm ki, mən üç prezidenti debata dəvət etmirəm, çünki onlarla daha mübahisə edəcək bir şey yoxdur. Dərc edilmiş sənədlər debatları tamamilə mənasız edib. Ən əlamətdarı isə onun (Köçəryanın) Azərbaycanın nəqliyyat blokunun açılması təklifinə müsbət cavab veriləcəyi ilə bağlı bəyanatıdır”.
Bildirilib ki, Nikol Paşinyan mətbuat konfransında Azərbaycana maneəsiz keçid verməyə hazır olduğunu vurğulayıb:
“Ancaq Paşinyan bildirdi ki, maneəsiz keçid Ermənistan yurisdiksiyasından kənar demək deyil. “Maneəsiz, lakin Ermənistanın yurisdiksiyasından yan keçmədən hərəkət” nə deməkdir? Bu, dəhliz məntiqini nəzərdə tutmurmu?
Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri David Ananyan qeyd edib ki, malların maneəsiz daşınması ən azı “sərhəd və gömrük yoxlamasından” sonra mümkündür. Əks təqdirdə, o, sadəcə dəhlizdən başqa bir şey deyil”.
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - Foto
- Novruz çərşənbələri ilə bağlı əhaliyə xəbərdarlıq - Video
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
- Fuad Nəcəfli həbs olunacaq? – AÇIQLAMA
- Həbsdə olan jurnalistin ailəsində daha bir faciə
- Hacı Qalibin obyekti tam olaraq dağıdıldı - VİDEO