Fevralın 5-dən Rusiya Federasiyasında miqrasiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər qüvvəyə minəcək.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Teleqram kanalında bildirib.
"Qanunsuz miqrantların ölkədən çıxarılması rejimini nəzərdə tutan qanun qüvvəyə minəcək. Rusiya Federasiyasının qanunvericiliyinə əməl etməyən və ya burada qanuni yaşamaq hüququnu itirənlər ölkəmizdə olmamalıdır. Bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib”, - deyə sədr yazıb.
Volodin həmçinin qeyd edib ki, fevralın 5-dən etibarən Rusiya Federasiyasına daxil olmaq və ya onun hüdudlarından kənara çıxmaq üçün müəyyən edilmiş qaydaların pozulmasına, habelə Reyestrə daxil edilmiş miqrantlara qadağan olunan xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət tətbiq olunacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qanunsuz miqrantlara aprelin 30-dək Rusiyanı tərk etməyi əmr etmişdi.
Xatırladaq ki, Rusiyada xeyli azərbaycanlı yaşayır və onların bir çoxunun qanuni yaşayış icazəsi yoxdur.
- Dünya səyyahları Şuşa şəhərində...
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır
- Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Ölkəmizdə hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi...
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi