Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Anna Mkrtçyan bu gün iclasda “Ermənistan və “artsax”ın birgə xəritəsi”ni kağız formada kürsünün yanına yapışdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası video paylaşıb.
O bildirib ki, indiki hakimiyyət “Ermənistan və “artsax” bir yerdə” təhvil alıb.
Parlament rəhbərliyinin göstərişi ilə təhlükəsizlik işçiləri kağız parçasını cırıblar.
“Ermənistan” fraksiyasının katibi, masasını üzərinə “artsax”ın əski parçasını qoya Artsvik Minasyan isə “xəritənin” çıxılmasını indiki hakimiyyətin “simasının göstəricisi” adlandırıb.
Qeyd edək ki, bu fakt Robert Köçəryan və Serj Sərkisyanın rəhbərlik etdiyi fraksiyaların işğalı davam və təbliğ etmək niyyətini ortaya qoyur. Bu qanunsuzluğun və Azərbaycan ərazilərinə iddianın 20 Yanvar - Azərbaycanda Milli Hüzn Günündə baş verməsi isə Azərbaycan xalqının hissləri ilə oynamaqdır.
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video
- Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq