Soros başda olmaqla xarici qrantlarla dəstəklənən bir sıra insan və təşkilatların ekologiya adı altında Ermənistanın sərhədyanı yaşayış məntəqələrinə bitişik ərazilərdə pilotsuz uçuş aparatları ilə çəkiliş apardığı barədə məlumatlar var.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə erməni jurnalist Nairi Hokhikyan məlumat yayıb.
“Bu, Ermənistan təbiətinin görüntüsünü əldə etmək, vəhşi heyvanların hərəkətini izləmək məqsədi kimi təqdim edilsə də, reallıqda Ermənistan ordusunun mövqeləri və dövlətimizin təhlükəsizliyi üçün böyük təhlükə yaradır.
Yuxarıdan əldə edilən görüntülər ölkənin şərti sərhədlərinə yaxın, sərhədin daxilində, dərinliklərində və sərhədyanı yaşayış məntəqələrində qoşunlarımızın, hərbi texnikamızın yerləşdiyi yerlər, strukturu ilə ətraflı tanış olmaq imkanı verəcək.
Ölkəmizin təhlükəsiz zonalarını ekoloji iş adı altında dronla çəkilməsinə imkan verməyin. Qadağan edin! Buna haqqınız var”, – deyə Hokhikyan sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edib.
- 68 nəfər saxlanıldı - DİN
- FHN azyaşlıları belə xilas etdi - Video
- Həbsdəki oğlunu azad etdirəcəyini dedi, pulunu mənimsədi
- İran Hörmüzü açmağın şərtini elan etdi: Yalnız yuanla...
- Bakı bulvarı bahar nəfəsində - Foto
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- İşlədiyi ofisdən 9 min dollarlıq fotoaparat oğurlayan qadın saxlanıldı
- Küləkli hava ilə bağlı sarı xəbərdarlıq