Londonun Hitrou hava limanının rəhbərliyi dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, “Azərbaycan Hava Yolları”na ünvanlanan məktubda Hitrou hava limanının rəhbərliyi baş verən faciəvi hadisənin onları dərindən kədərləndirdiyini bildirib. Onlar aeroport adından həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, “Azərbaycan Hava Yolları” icmasına güc və dəstək diləklərini çatdırıblar: “Bu çətin dövrdə belə bir dərin itki ilə üzləşən hər kəsin düşüncələrimizdə və dualarımızda olduğunu bilməsini istəyirik. Xüsusilə, bu faciəvi vəziyyətlə üzləşən pilotların və ekipaj üzvlərinin cəsarəti və peşəkarlığı böyük təqdirə layiqdir. Azərbaycan Prezidenti tərəfindən onlara Milli Qəhrəman adı verildiyini, sağ qalan iki ekipaj üzvünün isə yüksək mükafatlarla təltif edildiyini öyrənmək bizim üçün böyük şərəfdir”, – məktubda qeyd olunub.
- Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim olundu - Foto
- 71 yaşlı kişi qadın tanışının evində öldü
- Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür - ADY
- Qarabağda neçə nəfərin məşğulluğu təmin edilib?
- Bu məktəbdə Su çərşənbəsi ilə bağlı videorolik hazırlandı
- Prezident sərəncam imzaladı
- Ağdam sakini evində öldü tapıldı
- Sabahın hava proqnozu açıqlandı