Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.
COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
- FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi
- "RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi
- “AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edildi
- "Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi
- Onların tibb təhsili yox imiş - Foto
- Bu istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif edilir
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Premium təmirli mənzillər və 36 ayadək faizsiz daxili kredit imkanı...