Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.
Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.
COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır