Bakıda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda VAZ markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Sumqayıtda partlayış: FHN növbəti dəfə müraciət yaydı
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır
- Sabah hava bu insanlar üçün əlverişli olacaq
- Bakıda bu yolda avtobus zolağı ləğv edildi - Video