Heydər Əliyev Beynəlxalq Aeroportu adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Elanlarda hava limanı anbarının boşaldıldığı “əsas gətirilərək”, 6 aydır sahibləri tapılmayan baqajların 1.88 AZN-ə satışa çıxarıldığı qeyd olunub. Diqqət çəkən məqam odur ki, elanlara müxtəlif profillərdən geridönüşlər edilib, paylaşımın şərh qisminə təsdiqləyici fotolar atılıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, bu tip məlumatlar həqiqəti əks etdirmir.
“Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir. Bildiririk ki, bu tip məlumatlar tamamilə saxtadır və Bakı hava limanı ilə heç bir əlaqəsi yoxdur.
Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik.
Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - məlumatda qeyd olunub.
- Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
- Azərbaycanın ən varlı şəxsləri - Siyahı
- Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan olundu
- “28 May” Nəqliyyat Mübadilə Mərkəzi işə başlayır
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- BBAK gücləndirilmiş iş rejiminə keçir
- Vüsal Nazim vəfat etdi
- Bu gündən onlar üçün metrodan istifadə pulsuzdur