Birinci şəxslərin qorunmasına cavabdeh olan ABŞ-ın Məxfi Xidməti iş adamı və X sosial şəbəkənin sahibi İlon Maskın tvitinə görə araşdırmaya başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Mask başqa bir sosial şəbəkə istifadəçisinin “Niyə Donald Trampı öldürmək istəyirlər?” tvitini təkrar yayımlayıb. Sonradan o, paylaşıma: “Və heç kim Bayden/Kamalanı öldürməyə belə cəhd etmir” yazısını əlavə edib. Mask daha sonra tvitini silərək, bunu zarafat adlandırıb. Bununla belə, qeydi Məxfi Xidmət əməkdaşları da daxil olmaqla, on milyonlarla X istifadəçisi görüb. Hazırda sözügedən xidmət postun həmin şəxslərə birbaşa təhlükə yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparır”, - məlumatda deyilir.
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar