Avropa Birliyi Gürcüstanda demokratiyanın daha da tənəzzülü halında bu ölkə ilə vizasız rejimin ləğvi imkanını nəzərdən keçirə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” qəzeti Avropa Komissiyasının (AK) nümayəndəsinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, AB vizanın liberallaşdırılmasının mümkün müvəqqəti ləğvi də daxil olmaqla, bütün variantları müzakirə edir:
“AB və Gürcüstan arasında viza rejiminin liberallaşdırılması və müvafiq fəaliyyət planı üzrə dialoqun bir hissəsi olaraq, Gürcüstan hakimiyyəti müəyyən tələbləri yerinə yetirməli idi, o cümlədən vətəndaşların fundamental hüquqlarının müdafiəsi və əhalinin bəlli qrupları arasında ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı...
Əlbəttə, Şengen zonasının daxili təhlükəsizliyinə təhlükə yaradan belə bir inkişaf baş verərsə, həmçinin Gürcüstanda demokratiyanın daha da zəifləyəcəyi təqdirdə lazımi qiymətləndirmə aparılacaq”.
Qeyd edək ki, 2017-ci ildə tərəflər arasında imzalanan müqaviləyə əsasən Gürcüstan vətəndaşlarının AB ölkələrində 6 ay müddətinə vizasız qalmasına icazə verilir.
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video