Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.
BUTA.TV xəbər verir ki, Zaxarova bunu "Nyus.ru"nun müxbirinin sualını cavablandırarkən deyib.
“Ümid edirəm ki, "Komedi Klub" (Comedy Club) buna görə bağlanmayıb”, - o gülərək bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi. İstintaq Komitəsi qeyd etmişdi ki, qrup üzvləri Rostova gedərək, orada “Arbat” bazasında təlim keçiblər.
- Süni intellektlə təxribat törədənlər həbs ediləcək
- Bu valideyn və müəllimllər 200 manatadək cərimələnəcək
- Onlar cərimələnəcək, inzibati həbs ediləcək
- Sabah hava necə olacaq?
- Əhməd Əhmədov xəstəxanadan buraxılıb? - Rəsmi
- Bakı metrosunun bütün stansiyalarına giriş bağlandı
- “DH Volley” gümüş medal qazandı - Video
- Xaricdən 2 manata alınan balıq niyə 35 manata satılır? - Video