Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq sabah saat 00:00-dan 07:00-a qədər qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?
- “Prezident Kuboku 2026” reqatasının açılış mərasimi...
- Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video